“Pul Aparatı” virtual lotereyasının qaydaları

"Pul Aparatı" virtual lotereyasını İNDİ OYNA!

“Pul aparatı” virtual lotereyasının qüvvədə olan müddəti: 7 mart 2023-cü il – 1 noyabr 2024-cü il.

“Pul Aparatı” virtual lotereya oyununda iştirak etmənin şərtləri:

“Pul Aparatı” virtual lotereyası virtual mühitdə keçirilən oyundur.

“Pul Aparatı” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı  “Pul Aparatı” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Pul Aparatı” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Pul Aparatı” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

“Pul Aparatı” virtual lotereyasında bir oyun ssesiyasında maksimum təxmin edilən qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Pul Aparatı” virtual lotereya oyununun qaydaları:

“Pul Aparatı” virtual lotereyası toplama tipli oyundur. Oyun xüsusiyyətləri arasında hər hansı bir qazanılmış mükafatı artırmaq şansı vardır.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Oyunda üç kanal mövcuddur. Hər bir kanalı aktiv etmək üçün qırmızı və yaxud yaşıl “Oyna” düyməsi basılır. Hər bir kanal musiqi notları və ulduzlar kombinasiyasından mükafatlar qazandıra bilər. Hər kanalda qazanılmış mükafatlar müvafiq gücləndirici hədiyyə sayğacında toplanacaq. Toplanan simvollar çoxaldıqca mükafat da artır.

Mükafatı əldə etməklə qazancınızı gücləndirə bilərsiniz. Gücləndirici sayğacda mükafatlar “Çarpan” simvollara x2, x5 və x10 çatarsa “Çarpan” toplam uduş məbləğinə vurulacaq. Toplam uduş göstərilən çarpana vurulur və alınan məbləğ qazanılır. Oyunun sonunda toplam uduş göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ komputer alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Pul Aparatı” virtual lotereyası 09 yanvar 2022-ci il tarixində 235 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi