“Şans Ulduzu 3” ani lotereyasının qaydaları

Lotereya biletinin qiyməti: 2 (iki) manat.

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı: 13 000 000 (On üç milyon) ədəd. Biletin nömrəsi biletin aşağı hissəsində qeyd olunmuşdur.     Lotereya biletlərinin satışı satış məntəqələrində həyata keçirilir.    

Uduş fondunun tərkibi:

Uduşların ümumi məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödəniləcək məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

2 (iki)

2,00

1 144 000

2 288 000

4 (dörd)

4,00

936 000

3 744 000

5 (beş)

5,00

650 000

3 250 000

10 (on)

10,00

325 000

3 250 000

20 (iyirmi)

20,00

136 500

2 730 000

40 (qırx)

40,00

30 940

1 237 600

100 (bir yüz)

100,00

2 736

273 600

1 000 (bir min)

950,20

68

68 000

10 000 (on min)

9 050,20

12

120 000

50 000 (əlli min)

45 050,20

4

200 000

 

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 13 000 000 (on üç milyon) ədəddir. Uduşlu biletlərin sayı – 3 225 260 ədəd, uduş fondunun məbləği – 17 161 200 manat (66,0%).

 “Şans Ulduzu 3” ani lotereyasının qüvvədə olan müddəti: 01 fevral 2022-ci il – 01 fevral 2025-ci il.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində 7 (yeddi) oyun zonası və 1 (bir) ədəd “BONUS OYUNU” xanası yerləşir. Oyunun mahiyyəti: “üstüörtülü” Oyun 1, Oyun 2, Oyun 3, Oyun 4, Oyun 5, Oyun 6, Oyun 7 zonalarının qoruyucu səthlərini pozduqdan sonra, bir oyun zonasında üfüqi xətt üzrə 3 (üç) ədəd eyni “simvol” əks olunarsa, bilet “Mükafat Cədvəli”nə uyğun olaraq uduşlu sayılır. Üstüörtülü” “BONUS OYUNU” xanasını pozduqdan sonra * PUL* işarəsi əks olunarsa bilet uduşlu sayılır və bilet “BONUS OYUNU” xanasının altındakı məbləği qazanmış olur.

Bilet bir neçə oyun zonası üzrə uduşlu olarsa, uduşlar cəmlənir.

Örtülü xanaların hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir. Toplam uduş – uduşa düşmüş oyun zonası (zonaları) ilə “BONUS OYUNU” xanasındakı məbləğlərin cəmi ilə müəyyən olunur.

Hər bir yenilik və əlavələr haqqında KİV-lə (www.azerlotereya.com) əhaliyə əvvəlcədən məlumat veriləcəkdir.

"Şans Ulduzu 3" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“Şans Ulduzu 3 ” ani lotereyası 21 dekabr 2021 – ci il tarixində 192 qeydiyyat nömrəsi ilə AR MB tərəfindən qeydiyyata alınmışdır

TV Yayım Təqvimi