MEQA 5/36

ONLAYN OYNA!

“Meqa 5/36” tirajlı lotereyası hər gün saat 19:45-də “Xəzər” TV-də canlı yayımla keçirilir.

Yalnız 18 yaşına çatmış şəxslər oyunda iştirak edə bilərlər.

 

 

 

Necə oynanılır?

  • Hər kuponun üzərində 1-dən 36-yadək nömrələnmiş 8 oyun lövhəsi var.
  • Bir kuponda ən azı 3 oyun lövhəsini işarələ və hər lövhədə ən az 5 rəqəm seç.
  • Eyni biletlə bir neçə ardıcıl tirajda iştirak etmək istəyirsənsə, tirajların sayı xanasını işarələ.
  • Hər kuponda ən azı 3 variant qeyd edilməlidir. Bir variantın qiyməti 50 qəpik, bir biletin qiyməti isə minimum 2 manatdır.
  • Kuponu doldurduqdan sonra “Misli” və lotereya satış məntəqələrinə yaxınlaş, kuponu təqdim edərək bilet al.
  • Bilet bir neçə kateqoriya üzrə uduşlu ola bilər.
  • İşarələnən rəqəmlərdən 2, 3, 4 və 5-i lototrondan çıxan nömrələrlə uyğun olarsa, bilet uduşlu sayılır.
  • 5 nömrənin uyğun olduğu variant CEKPOT oyununda iştirak edir.
  • Lototrondan çıxan nömrə digər 5 rəqəmdən biri ilə eynilik təşkil edərsə, CEKPOT udulur.
  • Kuponda hər 3 varianta görə 50 qəpik məbləğində 1 ədəd 7 rəqəmli Meqa 5 ID kod təyin olunur. Həmin ID kodla hər gün keçirilən 100% uduşlu MEQA 5 oyununda 1.000 manat qazanmaq şansı əldə etmək olar.
  • MEQA 5/36 lotereya biletlərini istənilən vaxt az saytından, həmçinin MİSLİ məntəqələri, “Azərpoçt” şöbələri və lotereya satış nöqtələrindən əldə edə bilərsən.
  • Oyun qaydalarında dəyişiklik olarsa, əvvəlcədən KİV-lə məlumat veriləcək.

 

XÜSUSİ MÜKAFAT nədir?

“Meqa 5/36” lotereyasında cekpot uzun müddət udulmazsa, “Xüsusi Mükafat” həvəsləndirici oyunu keçirilə bilər. Bu halda “Azərlotereya” ASC tərəfindən cekpotun tam məbləği və ya müəyyən bir hissəsi əvvəlcədən elan olunan tirajda 100% uduşlu “Xüsusi Mükafat” kimi oynanıla bilər.

“Xüsusi Mükafat” məbləği udulana qədər bir kateqoriya üzrə uduş olmadığı təqdirdə bir alt kateqoriyanın üzərinə əlavə olunur və uduşlu biletlərin arasında bərabər olaraq bölüşdürülür.

Oyunun nəticələri tiraj bitdikdən sonra www.azerlotereya.com səhifəsində yerləşdirilir.

 

Uduşların verilməsi

  • Uduşlu biletlərin qəbulu həmin tirajın keçirildiyi tarixdən sonra 150 gün davam edir.
  • Udulan məbləğ uduşlu bilet “Azərlotereya” tərəfindən qəbul edildiyi tarixdən etibarən 30 iş günündən gec olmayaraq ödənilir.
  • 3 000 manatadək uduşlar satış yerlərində nağd, 3 000 manatdan yuxarı uduşlar nağdsız qaydada ödənilir.
  • Uduş məbləğindən biletin qiyməti və 500 manat çıxıldıqdan sonra 10% vergi tutulur.

Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.

 

TV Yayım Təqvimi