“Poz Qazan Masası” virtual lotereyasının qaydaları

"Poz Qazan Masası" virtual lotereyasını İNDİ OYNA!

“Poz Qazan Masası” virtual lotereyasının qüvvədə olan müddəti: 17 yanvar 2022-ci il – 31 dekabr 2024-cü il.

Poz Qazan Masası” virtual lotereya oyununda iştirak qaydaları:

“Poz Qazan Masası” virtual lotereyası virtual mühitdə keçirilən oyundur.

“Poz Qazan Masası” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı  “Poz Qazan Masası” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Poz Qazan Masası” virtual lotereyasında bir oyun sessiyası üçün iştirak haqqı: 1 (bir) manat.

“Poz Qazan Masası” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 15 000 (on beş min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Poz Qazan Masası” virtual lotereya oyununun qaydaları:

“Poz Qazan Masası” virtual lotereyası müxtəlif kart mövzularından seçim etmək imkanı olan poz qazan tipli oyundur. Hər kartda 3 (üç) eyni məbləğin tapılması oyunundan ibarətdir. “Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Avto oyuna başlayan zaman kartların müxtəlifliyini görmək üçün kartlar qarışdırılır. Mükafat məbləğini qazanmaq üçün kartlar pozulur. Kartlar pozulduqdan sonra 3 (üç) eyni məbləğ əks olunduqda həmin məbləğ qazanılır.

Toplam uduş oyunun sonunda göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ kompüter alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Poz Qazan Masası” virtual lotereyası 09 mart 2022 – ci il tarixində 204 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

 

TV Yayım Təqvimi