“Suşi Master” virtual lotereyasının qaydaları

İNDİ OYNA!

“Suşi Master” virtual  lotereyasının qüvvədə olan müddəti: 17 yanvar 2022-ci il – 31 dekabr 2024-cü il.

Suşi Master” virtual lotereya oyununda iştirak qaydaları:

 “Suşi Master” virtual loteryası virtual mühitdə keçirilən oyundur.

 “Suşi Master” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı  “Suşi Master” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

 “Suşi Master” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

 “Suşi Master” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

 “Suşi Master” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

 “Suşi Master” virtual lotereya oyununun qaydaları:

"Suşi Master" virtual lotereyasında 6 (altı) ədəd Suşi səbəti və 36 (otuz altı) ədəd Suşi oyun xanası mövcuddur.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Suşi səbətindən 6 (altı) ədəd suşi seçilir. Səbətləri sıra ilə açmaq olar və ya bütün simvolları görmək üçün "Hamısını aç" düyməsindən istifadə edilə bilər. Suşi səbətində suşilər göründükdən sonra suşi oyun lövhəsində uyğun suşi xanaları təmizlənəcəkdir. Mükafat qazanmaq üçün suşi oyun xanasında bir və ya bir neçə sətir və  sütunların silinməsi lazımdır.

Əsas oyun zamanı  3 (üç) vasabi simvolu toplandıqda “Konveyr” bonus oyunu aktivləşəcəkdir. Bonus oyununu qazanmaq üçün 3 (üç) ədəd vasabi tapmaq lazımdır. “Konveyr” bonus oyunu mərhələsində 3 (üç) boşqabdan biri seçilir. Boşqabdakı suşi açılır və mükafat məbləği artırılır. Hesab əldə edildikdə “Bonus” oyunu tamamlanmış sayılır. Oyunun sonunda toplam uduş göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ kompüter alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Suşi Master” virtual lotereyası 01 avqust 2022 – ci il tarixində 216 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi