“Tap, Qazan!” ani lotereya biletinin qiyməti: 1 (bir) manat.
“Tap, Qazan!” ani lotereyasının qüvvədə olan müddəti: 20 oktyabr 2022-ci il – 30 oktyabr 2024-cü il.
Uduş fondunun oynanılması qaydası:
Lotereya biletinin üzərində əks olunan "üstüörtülü" "Uduşlu rəqəm" və “Rəqəmləriniz” lövhəsindəki oyun xanalarının qoruyucu səthlərini pozduqdan sonra "Uduşlu rəqəm" lövhəsində əks olunan rəqəm “Rəqəmləriniz” lövhəsində əks olunan rəqəmlərdən biri və ya bir neçəsi ilə üst-üstə düşərsə bilet uduşlu sayılır və uyğun uduşlu xananın (xanaların) altındakı məbləği (məbləğləri) qazanmış olur.
“Rəqəmləriniz” lövhəsində olan rəqəmlərin “Uduşlu rəqəm” lövhəsində olan rəqəmlə uyğun olmayan hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.
“Azərlotereya” ASC tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulması nəzərdə tutulmamışdır.
Uduş fondunun tərkibi:
Uduşların ümumi məbləği (manatla) | 10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödəniləcək məbləğ (manatla) | Uduşlu biletlərin sayı (ədədlə) | Uduşların ümumi məbləği (manatla) |
1.00 ₼ | 1.00 ₼ | 1 975 000 | 1 975 000,00 ₼ |
2.00 ₼ | 2.00 ₼ | 1 550 000 | 3 100 000,00 ₼ |
5.00 ₼ | 5.00 ₼ | 763 500 | 3 817 500,00 ₼ |
10.00 ₼ | 10.00 ₼ | 255 000 | 2 550 000,00 ₼ |
20.00 ₼ | 20.00 ₼ | 50 000 | 1 000 000,00 ₼ |
40.00 ₼ | 40.00 ₼ | 1 600 | 64 000,00 ₼ |
100.00 ₼ | 100.00 ₼ | 1 403 | 140 300,00 ₼ |
1,000.00 ₼ | 950,10 ₼ | 15 | 15 000,00 ₼ |
25,000.00 ₼ | 22 550,10 ₼ | 2 | 50 000,00 ₼ |
Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 20 020 000 (iyirmi milyon iyirmi min) ədəddir. Uduşlu biletlərin sayı – 4 596 520 (dörd milyon beş yüz doxsan altı min beş yüz iyirmi) ədəd, uduş fondunun məbləği – 12 711 800 (on iki milyon yeddi yüz on bir min səkkiz yüz) manat (63,5%).
Hər bir yenilik və əlavələr haqqında KİV-lə (www.azerlotereya.com) əhaliyə əvvəlcədən məlumat veriləcəkdir.
" Tap, Qazan!" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 150 (bir yüz əlli) təqvim günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).
3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Eyniləşdirilməsi mümkün olmayan, o cümlədən tam və ya qismən zədələnmiş bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.
18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.
"Tap, Qazan!" ani lotereyası 10 avqust 2022-ci il tarixində 222 nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.