"Plinko" virtual lotereyasını İNDİ OYNA!
“Plinko” virtual lotereyasının qüvvədə olan müddəti: 14 oktyabr 2022-ci il – 14 oktyabr 2024-cü il
“Plinko” virtual lotereyası oyununda iştirak etmənin şərtləri:
"Plinko” virtual loteryası virtual mühitdə keçirilən oyundur.
“Plinko” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.
İştirakçı “Plinko” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcə də mobil tətbiqi və ya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.
“Plinko” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)
“Plinko” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 100 (bir yüz) manat.
“Plinko” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən uduş məbləği 5 000 (beş min) manatdır.
Uduşların verilməsi (ödənilməsi) qaydaları:
Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.
İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.
İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından nağdsız qaydada bank vasitəsilə məxaric etməklə çıxarış edə bilər.
“Plinko” virtual lotereya oyununun qaydaları:
“Plinko” virtual lotereyasında hər turdan əvvəl oyunçu mərc etmək istədiyi məbləği daxil edir.
Oyuna başlamaq üçün “Oyna” düyməsi seçilir. “Oyna” düyməsi seçildikdə, mərc məbləği mövcud balansdan çıxılır və oyun başlayır.
Aşağı hissədəki xanalarda əmsallar qeyd olunur.
Hər oyunda top labirint içində aşağı doğru irəliləyərək müəyyən bir xanaya düşür.
Qazanc məbləği topun düşdüyü xanadakı əmsala uyğun hesablanır. Bütün xanalarda əmsal sıfırdan yuxarı olduğu üçün hər mərc müəyyən məbləğ qazanmış olur.
Piramida seçimində neçə xana olması seçilir. Bununla da əmsalı və uduş məbləği artırıla bilər. Yüksəklik 8-16 arasında dəyişir.
Əlavə xana seçdikdə mərc sayı da artmış olur.
Oyun məbləği oyun başlamadan və ya piramida xanalasında seçim etmədən əvvəl "Mərc" xanasında qeyd olunur. (Bir dəfəyə birdən çox xana seçilməsi halında bütün mərc dəyəri "cəmi mərc məblği" və ümumi "məbləğ" xanasında əks olunur.
Piramidadakı seçimlərin qazancının hesablanması: Əgər bir xanadakı mərc 1-dirsə və top seçilən xana/xanalardan keçərsə, hər qazanan xananın uduşu toplanır və 1-ə vurulur.
Piramidada xana seçilmədən oynanılan oyunlar: Məbləğ*Bölmə əmsalı
Piramida xanasında seçlərək oynanılan oyunlar: (Təkli xana mərci*qazanan xanalardakı əmsalların cəmi) + (Cəmi Oyun * Bölmə əmsalı)
Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.
“Plinko” virtual lotereyası 10 avqust 2022-ci il tarixdə 224 nömrə ilə qeydiyyata alınmışdır.