“5X” ani lotereyasının qaydaları

“5X” ani lotereyasının şərtləri

 “5X” ani lotereya biletinin qiyməti: 5 (beş) manat.

“5X” ani lotereyasının qüvvədə olan müddəti: 05.03.2022 – 05.03.2027.

 “5X” ani lotereyasının biletlərinin satışı lotereya satış məntəqələrində həyata keçirilir.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində “UDUŞLU RƏQƏMLƏR” lövhəsi və 15(on beş) xanadan ibarət “RƏQƏMLƏRİNİZ” lövhəsi əks olunmuşdur. “UDUŞLU RƏQƏMLƏR” və “RƏQƏMLƏRİNİZ” lövhələrinin qoruyucu səthlərini pozmaq lazımdır. Oyunun mahiyyəti: “üstüörtülü” lövhələri pozduqdan sonra “UDUŞLU RƏQƏMLƏR” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) “RƏQƏMLƏRİNİZ” lövhəsində  əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) ilə üst üstə düşərsə bilet uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Əgər bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa uduşlar cəmlənir.

 - “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra “2X” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və həmin xananın altındakı məbləğin 2 qatında sahib olur.

- “RƏQƏMLƏRİNİZ” lövhəsindəki “üstüörtülü” xanaları pozduqdan sonra “5X” simvolu əks olunan bilet avtomatik olaraq uduşlu sayılır və həmin xananın altındakı məbləğin 5 qatında sahib olur.

 “RƏQƏMLƏRİNİZ” lövhəsində olan rəqəmlərin “UDUŞLU RƏQƏMLƏR” lövhəsində olan rəqəmlərə uyğun olmayan hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.

Uduş fondunun tərkibi:

Uduşların ümumi məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödəniləcək məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

5 (beş)

5,00

1 000 000

5 000 000

10 (on)

10 00

900 000

9 000 000

15 (on beş)

15 00

400 000

6 000 000

25 (iyirmi beş)

25,00

180 000

4 500 000

50 (əlli)

50,00

100 000

5 000 000

100 (bir yüz)

100,00

20 000

2 000 000

500 (beş yüz)

500,00

2 200

1 100 000

1 000 (bir min)

950,50

500

500 000

100 000 (bir yüz min)

90 050,50

4

400 000

 

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 10 000 000 ədəddir. Uduşlu biletlərin sayı – 2 602 704 ədəd, uduş fondunun məbləği – 33 500 000 manat (67,0%).

"5X" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“5X” ani lotereyası 02 fevral 2022 – ci il tarixində 197 nömrə ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi