“Sehrli Meşə” virtual lotereyasının qaydaları

"Sehrli Meşə" virtual lotereyasını İNDİ OYNA!

“Sehrli Meşə” virtual ani lotereyasının qüvvədə olan müddəti: 17 yanvar 2022-ci il – 31 dekabr 2024-cü il.

“Sehrli Meşə” virtual  lotereya oyununda iştirak qaydaları:

“Sehrli Meşə” virtual loteryası virtual mühitdə keçirilən oyundur.

“Sehrli Meşə” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

İştirakçı  “Sehrli Meşə” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi və ya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Sehrli Meşə” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Sehrli Meşə” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

“Sehrli Meşə” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Sehrli Meşə” virtual lotereya oyununun qaydaları:

“Sehrli Meşə” virtual lotereyası simvol uyğunlaşdırmaq tipli oyundur. Oyun xüsusiyyətləri arasında bonus oyunu, ani pul mükafatı qazanmaq şansı və qazanılan hər mükafatı 10 (on) dəfəyə qədər artırmaq şansı var. 

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

"Uduşlu Simvollar"ı və "Sizin Simvollar"ı sıra ilə açmaq olar və ya bütün simvolları anında açmaq üçün "Hamısını Aç" düyməsindən istifadə edilə bilər. "Sizin Simvollar"ınızdan hər hansı biri "Uduşlu Simvollar"ın ən azı biri ilə uyğun gələrsə, uyğun simvolun altındakı mükafat qazanılmış sayılır.

"Yonca" bonus oyunu, əsas oyun zamanı 3 qızıl yonca bonus simvolu açıldıqda aktivləşir. 3 (üç) YONCA bonus simvolunu əks olunduqda,  "YONCA" bonus oynu aktivləşdirilir. Çarx avtomatik olaraq hərəkət edir. Çarx dayandıqda mükafat məbləği, çarpan və ya ödənişsiz dönüş qazanırsınız. Çarpan simvolu aşkar edildikdə, 2x, 4x, 5x və ya 10x çarpanı qazanılmış sayılır. Toplam uduş göstərilən çarpana vurulur və alınan məbləği qazanılır. Oyunun sonunda toplam uduş göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ kompüter alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Sehri Meşə” virtual lotereyası 14 mart 2022 – ci il tarixində 207 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

 

 

TV Yayım Təqvimi