Binqo +8

1.jpg

Lotereya biletinin qiyməti: 2 (iki) manat. 



"Binqo +8” lotereya biletinin üzərində hər birində 6 xana olan 5 (beş) sətirdən ibarət lövhə əks olunub. Lövhənin hər sətirində 5 (beş) rəqəm göstərilməklə hər lotereya biletində cəmi 25 (iyirmi beş) rəqəm öz əksini tapır. Oyunda 1-dən 60-dək nömrələnmiş şar olan xüsusi lototrondan, bir bir, ardıcıllıqla 54 (əlli dörd) ədəd şar çıxardılır. Oyun 5 (beş) turdan ibarətdir.

_________________________________________________________________

 Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet 10 000  manat udur. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. 

Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.

_________________________________________________________________

Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 manat udur, bir neçə bilet qalib gəldikdə bu məbləğ onlar arasında bərabər bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir.
____________________________________________________________

İkinci turda lotereya biletinin hər hansı iki üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 manat udur, bir neçə bilet qalib gəldikdə bu məbləğ onlar arasında bərabər bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir.

_________________________________________________________________

Üçüncü turda lotereya biletinin hər hansı üç üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 manat udur, bir neçə bilet qalib gəldikdə bu məbləğ onlar arasında bərabər bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. 

__________________________________________________________

Dördüncü turda lotereya biletinin hər hansı dörd üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 manat udur, bir neçə bilet qalib gəldikdə bu məbləğ onlar arasında bərabər bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. 

_________________________________________________________________

Beşinci turda beş üfüqi sırası tam dolmuş biletlər uduşlu sayılır. Beşinci tur ən azı 54 (əlli dörd) gediş daxil olmaqla uduş fondu bitənədək davam edir. Gedişlərin sayı artırıla bilər. Beşinci turda əsas uduş - 10 000 manat və əlavə olaraq pul uduşları oynanılır. Bu turda ilk tam dolmuş bilet(lər) ">10 000 manat udur, bir neçə bilet qalib gəldikdə bu məbləğ onlar arasında bərabər bölünür. 
_________________________________________________________________

Əsas oyun başa çatdıqdan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin nömrəsi ilə uyğun gələrsə, bilet 10 000 manat udur. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir 
_________________________________________________________________

Əsas oyun başa catdıqdan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet 

10 000 manat udur. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. 

_________________________________________________________________ 

Əsas oyun bitdikdən sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.

Android app on Google Play

Avtorizasiya

Bileti yoxla