"Super Loto" tirajlı lotereyasının qaydaları

Lotereya biletinin qiyməti: 1 (bir) manat.

Uduş fondunun oynanılması qaydası:  
Oyunda 1-dən 90-dək nömrələnmiş şarlar (və ya çəlləklər) istifadə olunur.  Şarlar (çəlləklər) xüsusi lototrona (və ya torbaya) yerləşdirilir, qarışdırılır və bundan sonra  bir-bir ardıcıllıqla çıxarılır. Əsas oyun zamanı lototrondan (torbadan) ən azı 72 (yetmiş iki) ədəd şar (çəllək) çıxarılır. Oyunun mahiyyəti, lototrondan (torbadan) çıxmış şarların (çəlləklərin) nömrələrinin lotereya biletinin lövhələrində əks olunmuş rəqəmlər ilə üst-üstə düşməsindən ibarətdir.

Lotereya biletinin üzərində üç oyun lövhəsi əks olunub.

Oyun üç turdan ibarətdir:

Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet uduşlu sayılır.

Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet “Cek Pot”u udur. Birinci turda uduşa düşmüş biletlər oyunu davam edir.


İkinci turda lotereya biletinin lövhələrindən hər hansı biri, ən tez, dolmuş bilet  “12.000"manata  sahib olur.
“Kia Rio” avtomobili bir və ya bir neçə bilet tərəfindən udulduğu halda avtomobilinin dəyəri uduşa düşmüş lotereya biletləri arasında  bərabər olaraq bölüşdürülür.

2-ci turda lotereya biletinin lövhələrindən hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet “Meqa Pot”u udur. Belə olan halda ikinci tur başa çatmış hesab edilir. İkinci tur zamanı “Meqa Pot” udulduğu halda, ikinci tura ayrılan məbləğ  (“Kia Rio” avtomobilinin dəyəri) bu uduşa əlavə edilmir. İkinci turda uduşa düşmüş bilet oyunu davam edir. 

Üçüncü tur ən azı 72-ci gedişə (daxil olmaqla) qədər davam edir və hər hansı bir lövhəsi dolmuş bilet uduşlu sayılır (əgər bir biletin hər iki və ya  üç lövhəsi dolmuşsa uduşlar cəmlənir).
Əsas oyunun birinci və ikinci turlarının qalibliyinə ilk namizədlər (gözləyənlər) mükafatlandırılırlar. “Super Loto” tirajlı lotereyasında əsas oyunun sonunda lototronda (torbada) qalan  şarların (çəlləyin) nömrələri lotereya biletinin  lövhələrindən birində əks olunmuş  rəqəmlərin ən azı 6-sı ilə üst-üstə düşərsə, həmin lotereya bileti ən azı 1 (bir) manat udur.

Android app on Google Play

Avtorizasiya

Bileti yoxla