Biz kimik?

Azərlotereya və Misli brendləri adı altında lotereya və idman mərc oyunları təşkil edən dövlət şirkətiyik.

Azərlotereya haqqında

Azərlotereya Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. 


 
Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (məhsul satışı və xidmətlərin göstərilməsi ilə keçirilən lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini Azərlotereya həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

 

2021-ci ilin sonunda “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildikdən sonra, 2022-ci ildən etibarən Azərlotereya ölkə ərazisində qanuni fəaliyyət göstərən iki idman mərc operatorunden biri kimi fəaliyyətə başlayıb.


Azərlotereya fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə qurur. Bu məqsədlə şirkət 23.06.2022-ci ildə Dünya Lotereyalar Assosiasiyasının üzvü olması şirkətin lotereyaların və idman mərc oyunlarının təşkilində ən son texnoloji yenilikləri həyata keçirməsinin (o cümlədən, misli.az virtual oyun platformasının qurulması və virtual lotereyaların təşkili), oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması, məlumat təhlükəsizliyi, müştəri məlumatlarının qorunması və inteqrasiya edilmiş idarəetmə sistemləri kimi məsələlərə ciddi yanaşmasının nəticəsidir. 


Azərlotereya yeni iş imkanlarının yaradılması vasitəsilə, həm də ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına böyük töhfə verir. Bununla yanaşı, Azərlotereya gəlirindən dövlət büdcəsinə dividendlər ödəməklə və qanunvericiliyə uyğun olaraq idmanın inkişafına ayrılan maliyyə vəsaitləri ilə idmanın inkişafını və sosial layihələri dəstəkləmək üçün önəmli miqdarda resurs yaradır.


Azərlotereya vergilər və dövlət büdcəsinə edilən digər ödəmələrdən əlavə, öz gəlirindən Xeyirli İşlərə - Korporativ Sosial Məsuliyyət çərçivəsində vətənpərvərlik, təhsil, idman, mədəniyyət, ekologiya və innovasiyalar istiqamətlərində mühüm layihələrə resurs ayıraraq dəstək göstərir.

Azərlotereyanın tarixi

2024

Yeni Poz-Qazan oyunları “Bombardir”, “Papaq at” və “Prestij” satışa çıxarılıb. Qazax şəhərində "Meqa 5/36" lotereyasında 425 364 manat Cekpot udulub.

2023

Fevralda Xaçmazda Azərbaycan lotereya tarixinin ən böyük cekpotu udulub.“4+4” tirajlı lotereyasında 913 072 manat qazanılıb. İyulda isə “4+4" tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlıda udulub.

2022

2022-ci ildən yeni lotereya və idman mərc oyunları haqqında qanun qüvvəyə minib və bununla da “Azərlotereya” Azərbaycanda idman mərc oyunları operatoru olub.

2021

“Azərlotereya” 2021-ci ildən 10 il müddətinə Türkiyənin Demirören Şans Oyunları Yatırımları A.Ş. şirkətinin idarəetməsinə verilib.

2020

"6/40" tirajlı lotereyasında ilin ən böyük cekpotu - 266 220 manat qazanılıb.

2019

18 fevralda 2 ədəd iri məbləğdə pul mükafatları udulub. “6/40” lotereyasında 20 869 manatlıq cekpot və “Yeni Binqo” lotereyasında isə 91 000 manat qazanılıb.

Misli haqqında

17 yanvar 2022-ci il tarixindən fəaliyyətə başlamış Misli idman mərc oyunları və lotereya həvəskarları üçün şans mərkəzidir. Azərlotereya şirkətinə məxsus Misli öz məntəqələri və Misli.az veb-saytı ilə idman mərc və lotereya oyunları həyəcanını güvənli və şəffaf şəkildə yaşamaq imkanı yaradan platformadır.

Xüsusi konseptual dizaynları ilə oyunçular üçün həyəcan və şans dolu atmosfer yaradan Misli məntəqələrində 18 yaşına çatmış hər kəsin idman mərc oyunlarını oynamaq, lotereyalar alaraq şanslarını sınamaq və idman yarışlarını canlı izləmək imkanı var.

Misli.az veb-saytı isə idman yarışlarına əsaslanan sabit ehtimallı mərc və lotoreya oyunlarını dünya standartlarında öz müştərilərinə təklif edən rəsmi onlayn mərc platformasıdır. İdman mərc oyunları ilə bərabər virtual idman, virtual ani oyunlar və lotereya oyunları da misli.az saytında iştirakçılara əlavə əyləncə və həyəcan bəxş edir. Qeyd edək ki, virtual idman və lotoreya oyunlarını qanuni və rəsmi şəkildə sadəcə Misli məntəqələri və Misli.az veb-saytında oynamaq mümkündür.

Demirören Holding haqqında

Türkiyənin ən məşhur holdinqlərindən biri olan Demirören Holding hazırda Türkiyə Cümhuriyyəti və beynəlxalq arenada uzunmüddətli və davamlı sərmayə yatırımı həyata keçirmək, iqtisadiyyatda əlavə dəyər yaratmaq, ölkəni ixtisaslı işçi qüvvəsi ilə təmin etmək məqsədilə KİV, daşınmaz əmlak, turizm, təhsil, texnologiyalar və lotereya oyunları kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.

 

2021-ci ildə Azərlotereya Azərbaycan Respublikası Prezidentinin 16.01.2021-ci il tarixli, 2443 nömrəli Sərəncamı ilə Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Şans B.V” şirkətinə müqavilə əsasında “10+5 il” şərti ilə idarəetməyə verilib. Beləliklə, Azərlotereya özəl investorun idarəetməsində olan dövlət şirkətidir.

 

"Spor Toto İddaa" kimi tanınan idman yarışları əsasında mərc oyunları tenderini amerikalı tərəfdaşı "Scientific Games" ilə birlikdə qazanan, habelə qanuni elektron diler Misli.com-un da daxil olduğu Demirören Holding şirkəti yaratdığı iş yerləri və əlavə dəyər sayəsində ölkə iqtisadiyyatına böyük töhfə verir.

Missiya, məqsəd, baxış və dəyərlərimiz

Image Default Alt

Missiya

Müştərilərə əyləncəli və şəffaf oyun təcrübəsi yaradan, müxtəlif sosial layihələri dəstəkləyən lotereya və idman mərc oyunlarının etibarlı təşkilini təmin etmək

Image Default Alt

Məqsəd

İnsanların rifah halının yüksəlməsi və cəmiyyətə töhfə verməsi üçün şəffaf və məsuliyyətli lotereya və idman mərc oyunları təcrübəsi yaratmaq

Image Default Alt

Baxış

Azərbaycanda sevilən lotereya və aparıcı idman mərc oyunları brendi olmaq, müxtəlif sahələrdə xeyirli işlərlə cəmiyyətin inkişafına mühüm töhfə vermək

Image Default Alt

Dəyərlər

Müştəriyönümlülük, dürüstlük, etibarlılıq və sosial məsuliyyət şirkət olaraq fəaliyyətimizi və kimliyimizi formalaşdıran əsas dəyərlərimizdir.

Rəhbərlik

Image Default Alt
Osman Karakuş
İdarə Heyətinin sədri
Image Default Alt
Salih Tüfekçi
Əməliyyatlar üzrə baş rəhbər
Image Default Alt
Burak Karadağ
Rəqəmsal üzrə Baş rəhbər
Image Default Alt
Dilarə Bəylərova
Marketinq üzrə Baş rəhbər
Image Default Alt
Elnur Abdullazadə
Maliyyə direktoru
Image Default Alt
Emir Türkmen
Kommersiya və planlaşdırma üzrə Baş rəhbər
Image Default Alt
Leyla Namazova
İnsan Resursları və İnzibati İşlər Direktoru
Image Default Alt
Serkan Şener
Satış direktoru

2023-cü il maliyyə hesabatı

Маliyyə hеsаbatlarımız ədalətli təqdimetmə prinsipi ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib olunur.

Image Default Alt

Məsuliyyətli oyun hesabatı

Məsuliyyətli oyun hesabatlarımız Avropa Lotereyaları və Toto Assosasiyasının "Məsuliyyətli Oyun" standartı əsasında tərtib olunur.

Image Default Alt

Sertifikatlarımız

Image Default Alt
TS ISO/IEC 27001:2013 Denetik Certification
Denetik Certification

Tərəfdaşlarımız

Scientific Games

Məsuliyyətli oyun

Azərbaycanın şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edir və sosial məsuliyyətlərimizin fərqindəyik.

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər