Sürətlə yeni mövsümə
2 ədəd Changan Q07 avtomobili, hər həftə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus fürsəti səni gözləyir!
Kampaniya haqqında
İştirak etmək üçün Misli.az və ya Azerlotereya.com-da Kampaniyaya Qoşul düyməsinə kliklə. Hər 5 ₼ ilə İdman-da 1 şans, digər bütün (Virtual İdman, ePoz-Qazan, Lotereya) oyunlarda isə 2 şans qazana bilərsən. Qazanılan şans sayı oyunçunun mobil nömrəsinə növbəti gün SMS ilə göndərilir və səhifədə qazanılan bütün şans nömrələri göstərilir.
Son tiraj nəticələri
Hədiyyələr
Kampaniyaya necə qoşulum?
1-ci addım:
Kampaniyaya qoşul
“Sürətlə Yeni Mövsümə” bölməsinə daxil ol, “Kampaniyaya qoşul” düyməsinə kliklə, iştirakını təsdiqlə.
2-ci addım:
Oyunlar oyna
İstənilən oyunu oyna və hər 5 ₼-da bir şans qazan. ePoz-Qazan və digər oyunlarda ikiqat şans əldə et.
3-cü addım:
Tirajları gözlə
Hər həftə topladığın şans nömrələri ilə həmin həftə keçiriləcək tirajlarda iştirak et.
4-ci addım:
Uduşu götür
Şəxsiyyət vəsiqəni, SMS və qalib şans nömrəsini təqdim etməklə uduşu əldə edə bilərsən.
Şərtlər
1)İştirak etmək üçün “Kampaniyaya qoşul” düyməsinə toxunmaq lazımdır.
2)Lotereya 14.09.2026-ci il saat 00:00-da aktiv ediləcək və 08.11.2026-ci il saat 23:59-da başa çatacaq.
3)Şans nömrələri “Kampaniyaya qoşul” düyməsi seçilən gün saat 00:00-dan etibarən oynanılan oyunlara görə hesablanır.
4)Lotereyadan həm mövcud, həm də yeni oyunçular yararlana bilər.
5)Lotereya bütün oyunlarda keçərlidir və iştirakçılar limitsiz sayda şans əldə edə bilər.
6) Hər 5 AZN ilə İdman-da 1 şans, digər bütün (Virtual İdman, ePoz-Qazan, Lotereya) oyunlarda isə 2 şans qazanmaq olar. Əgər oynanılan oyunların bir qismi misli.az, bir qismi azerlotereya.com-dadırsa, onların ümumi məbləği birləşdirilir və əgər dəyəri 5 AZN-dən çoxdursa, oyun növündən asılı olaraq 1 və ya 2 şans qazanmaq olar. Məsələn, misli.az-da 4 AZN dəyərində, azerlotereya.comda 1 AZN dəyərində oyun oynanılıbsa, cəmi 5 AZN etdiyi üçün oyun növündən asılı olaraq 1 və ya 2 şans əldə edilir.
7)Hər şans 9 rəqəmdən ibarət nömrədir. Şans nömrələri oyunçunun əvvəlki gün ərzində kampaniya çərçivəsində oynadığı bütün oyunlar üzrə toplu və ardıcıl şəkildə yaradılır. Məsələn, istifadəçi 9 şans əldə edibsə, onun şans nömrələri bu formada təqdim edilir: 100 000 000 – 100 000 008. Qazanılan şans sayı oyunçunun mobil nömrəsinə ən geci növbəti gün SMS ilə göndərilir. Bütün qazanılan şans nömrələri bu səhifədə də göstərilir.
8)Tirajlı lotereya üçün alınan biletlərdən əldə edilən şanslar kampaniya dövrü ərzində tirajlı lotereya bitdikdən sonra hesablanır. Əgər tirajlı lotereya kampaniya dövründən sonra bitibsə, bu zaman nəzərə alınmır və şans yaradılmır.
9)Bonus ilə oynanılan və ya ləğv edilən oyunlar lotereyada iştirak etmir.
10)1-ci, 2-ci, 3-cü və 4-cü həftələrdə əldə edilən şans nömrələri 1-ci avtomobil tirajında, 5-ci, 6-cı, 7-ci və 8-ci həftələrdə əldə edilən şans nömrələri isə 2-ci avtomobil tirajında oynanılır. 5-ci həftə başladıqda bütün şanslar sıfırlanır.
11)Qaliblər hər həftənin çərşənbə günü 21:00-da təsadüfi seçim alqoritminin köməyilə Misli.az-ın YouTube və Azərlotereya Telegram kanallarında canlı yayımda seçilir.
12)Şanslı nömrələr Kampaniya səhifəsində elan olunur və qaliblər SMS ilə məlumatlandırılır. Hədiyyəni əldə etmək üçün hesab mütləq təsdiqli olmalıdır.
13)Azərlotereya və ona bağlı şirkətlərdə çalışan əməkdaşlar bu lotereyada iştirak edə bilməz.
14) Qeyri-pul uduşlarının əvəzinə onların pul dəyərinin tələb edilməsinə yol verilmir.
15) “Sürətlə Yeni Mövsümə” elektron stimullaşdırıcı tirajlı lotereyası 20 avqust 2026-cı il tarixində Dövlət Vergi Xidməti tərəfindən nəzərə alınmışdır.
Bonus
1) “Qazanılan bonuslar 5 iş günü ərzində istifadəçilərin bonus balansına yükləniləcək.
2) Qazanılan bonusu 15 gün ərzində bütün oyunlarda və İdman-da ən az 1.5 əmsal ilə oynamaq mümkündür.
Tez-tez verilən suallar
Kampaniyaya necə qoşula bilərəm?
Kampaniyadan faydalanmaq üçün Misli.az və ya Azerlotereya.com-da “SÜRƏTLƏ Yeni Mövsümə” kampaniyası ilə bağlı səhifədə “Kampaniyaya Qoşul” düyməsinə klikləməlisiniz. Misli.az və Azerlotereya.com-da hər 5 AZN ilə İdman-da 1 şans, digər bütün (Virtual İdman, ePoz-Qazan, Lotereya) oyunlarda isə 2 şans qazanacaqsınız.
Azerlotereya.com-da da oynayıram, orda oynamağım nəzərə alınacaq? 
Bəli, bu kampaniyada Azerlotereya.com-dakı oyunlarınız da nəzərə alınır. Misli.az və Azerlotereya.com-da gündəlik oynadığınız bütün oyunların məbləği birlikdə toplanaraq şans nömrəsi hesablanır.
Azerlotereya.com-dan "Kampaniyaya Qoşul" düyməsinə klikləmişəm, Misli.az-dan da klikləməliyəm? 
Xeyr, ikisindən birində "Kampaniyaya Qoşul" düyməsini seçməyiniz kifayətdir. Hər iki platforma üzrə ayrıca qoşulmağa ehtiyac yoxdur.
Azerlotereya.com-da 2 AZN, Misli.az-da 3 AZN oynamışam, neçə şans qazanacağam? 
Bəli. Hər iki platformadakı oyunların məbləği birlikdə toplanır. 2 AZN + 3 AZN = 5 AZN olduğu üçün, oynadığınız oyun kateqoriyasına görə (İdman-da 1 şans, digər oyunlarda 2 şans) sizə şans nömrəsi yaradılacaq.
“Kampaniyaya Qoşul” düyməsinə bu gün klikləmişəm. Əvvəlki günlərdə oynadığım oyunlar şans qazandıracaqmı?
Şans nömrələri “Kampaniyaya qoşul” düyməsi seçilən gün saat 00:00-dan etibarən oynanılan oyunlara görə hesablanır. “Qoşul” düyməsinə kliklədiyiniz gündən əvvəlki günlərdə oynadığınız oyunlar lotereyada iştirak şansı qazandırmır.
Uduş qazandım, amma SMS silinib, nə etməliyəm?
Qazandığınız uduşu əldə etmək üçün ofisə gələrkən mütləq şəxsiyyət vəsiqənizi və mobil nömrənizi təqdim etməlisiniz.