Cəfər Cəfərov

100.000₼

Bileti haradan almışdınız?
20-ci sahədən “Zümrüd” lotereyasını aldım. 6 dənə pozdum. Birinci 10 manat çıxdı. Sonra getdim aptekə. Aptekdən dərman aldım, qayıdanda 2 dənəsini də pozdum. Birincini pozdum 100 000 çıxdı. Mənim heç xəbərim olmadı, arxadan uşaqlar qışqırdı ki, dayı, 100 000. İkincisini heç pozmadım.
Uduşu necə xərclədiniz?
Maşınım var, evim-eşiyim, obyektlərim var. Özümə heç nə etmədim o pulla. Qohum-əqrəbaya payladım pulları. Həmin gecə eşitdilər, televiziyada göstərmişdilər. Mən də qohumlar arasında payladım.
Mən həmişə udmuşam. 4 dəfə 1000 manat udmuşam, sonra 500-ün sayını bilmirəm, çox udmuşam.
Ən sevdiyiniz lotereya oyunu hansıdır?
“Zümrüd”. Onu çox sevirəm. Onda uduş çoxdur. Bir də mən 10-luqları sevirəm. Manatlıq, ikilik, üçlüyü sevmirəm.
Bir daha qalib olsanız, hansı arzunuzu reallaşdırarsınız?
Bir milyon udsam, əksər hissəsini kasıblara paylayardım. İmkanı olmayanlara köməklik edərdim 100 faiz.
Lotereya həvəskarlarına nə məsləhət görərdiniz?
Mən məsləhət görərdim ki, pozsunlar. Bu, şansdır, hamıya çıxa bilər. O demək deyil ki, təkcə Cəfər udsun, filankəs udsun. Hamı uda bilər.
Məsuliyyətli oyun
Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik.