Elçin Qəribov
25.000₼
Bileti haradan almışdınız?
20 Yanvar ərazisindən, “Azərsu” binasının qarşısından. Mən özüm orada taksi fəaliyyəti ilə məşğulam. Mən yuxuda da görmüşdüm. Həmin gün işə gəlmək fikrim yox idi. Gəldim, gördüm iş də zəifdir. Dedim yuxuda görmüşəm, götürüm birini pozum. Götürdüm pozdum, gördüm 25 000. Yuxumu səhər tezdən canlandırdım, oldu.
Uduşu necə xərclədiniz?
Onun yarı hissəsindən çoxunu ev təmirinə qoydum rayonda. Qalanını da xərclədim getdi. Ən çox oğlum sevindi. Oğluma velosiped söz vermişdim. Onu da aldım.
Bir daha qalib olsanız, hansı arzunuzu reallaşdırarsınız?
Özümə iş quraram alınsa. Kasıb-kusuba kömək etmədim, biraz kömək edərəm. Qalanını da ancaq özümə, öz ailəmə xərcləyərəm.
Lotereya həvəskarlarına nə məsləhət görərdiniz?
Gözümün qabağında udanlar olub, 1000 manat udan olub, 500 olub. Udsalar, ağılla istifadə etsinlər.
Məsuliyyətli oyun
Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik.