Faiq Vəliyev
10.000₼
Naxçıvanda Şərur sakini Vəliyev Faiq Tofiq oğlu aldığı “Uğurlu 7” Poz-Qazan biletindən 10000 manat qazanıb. Bəxtəvər qalib qazandığı uduşla qohumlarını sevindirib.
Bileti haradan almışdınız?
Naxçıvan, Şərur şəhəri. “Uğurlu 7” bir dənə aldıq, bəxtimizi sınadıq, qalib olduq.
Ən sevdiyiniz lotereya oyunu hansıdır?
Udduğum “Uğurlu 7”dir. Belə qərar verək ki, 7 rəqəmidir.
Uduşu necə xərclədiniz?
10 000 AZN qazandıq, lazım olan xərclərimiz var idi, ödədik. Ehtiyac sahibləri var idi tanışlardan, qohumlardan, bir hissəsini ianə etdim həmin insanlara.
Bir daha qalib olsanız, hansı arzunuzu reallaşdırarsınız?
50 faizini xeyriyyə işləri üçün xərcləyərik, qalan 50 faizi də bizim özümüzə bəs edər, yəqin ki. Tanıdığım insanlar var idi, şahidi olmuşdum ki, udublar bir neçə dəfə. Mən də birinci dəfə idi ki, udurdum.
Lotereya həvəskarlarına nə məsləhət görərdiniz?
Şansdır, gətirəndə hər zaman gətirə bilər. Əsas odur ki, inanmaq lazımdır. Məsləhət görürəm ki, bu şansı əldə edəndə lazım olan yerə pullarını xərcləsinlər.
Məsuliyyətli oyun
Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik.