Fərman Allahyarov

Qazanma tarixi:1/11/2024
UserName
Fərman Allahyarov

10.000

Oyunun Adı
Azerloterya Logo

Ən sevdiyiniz lotereya oyunu hansıdır?

Hamısından oynamışam, hamısından silmişəm. Xırda uduşum da, böyük uduşum da olub. 100 udmuşam, 50 udmuşam, 500  “5X”da udmuşam. Ən çox “Ani 50”yə üstünlük vermişəm. Onu çox pozmuşam.

Bileti haradan almışdınız?

Ağsuda poçtdan almışam. 10 000 manat uddum.

Uduşu necə xərclədiniz?

Biraz kreditlərimi ödədim, yarısını da qoymuşam banka.

Sevincinizi ilk kiminlə paylaşdınız?

Ailəmə zəng etdim ki, pul udmuşam. İnanmadılar birinci, evdə bəzən zarafat edirik, çox vaxt inanmırlar ki, birdən yalan deyərsən. Dedim 10 000 pul udmuşam. Girdim poçta. 10 dənəsini pozdum. Gördüm elə öz pulunu çıxartdım. Yenə də pozdum, gördüm yenə öz pulunu çıxartdım. Əlimi atdım, 12 dənəsi birdən gəldi. Çıxartdım 24 manat verdim. Getdim oturdum. Pozdum 6-sını 11 manat, dedim 13 manat qalıb, 24 manatı çıxartmamışam. Gəldim birini də uddum, 13 manat çıxdı. Axırıncını pozdum, 3 dənə jeton çıxdı, amma bu yanını pozmamışam. Bir dənə pozdum, gördüm 10 000, yenə baxdım, dedim birdən səhv olar. Gördüm 10 000 manatdır. Əlimi atıram, bəxtimə nə çıxsa götürürəm. İnanırdım ki, udacam.

Bir daha qalib olsanız, hansı arzunuzu reallaşdırarsınız?

Demişəm ki, inşallah Allah qoysa bundan sonra 50 000 udacam, ev alacam.

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər