Orxan Kazımlı
10.000₼
Bileti haradan almışdınız?
“Qızıl Ekstra” biletini Göygöl rayon ərazisində oynamışam. 10 000 manat məbləğində pul əldə etmişəm. Mən hər zaman qalibiyyətə öyrəşmişəm və bu qalibiyyət də mənə biraz stimul verdi. Qalib olmağı çox bəyənirəm. Düşərli rəqəmim 7-dir və iki 7 rəqəminin altındakı rəqəmi gördük, əvvəl 10 manat olduğunu düşünürdüm, pozduqca 10 000 manat qazandığımı gördüm.
Sevincinizi ilk kiminlə paylaşdınız?
Əvvəl inanmadım, sonra ən yaxınlarımla, dostlarımla bölüşdüm. Əvvəl inanmırdılar, şəkil göndərəndən sonra bəxtimin olduğunu düşündülər. Atam daha çox oyun həvəskarıdır. Mən də şansımı yoxladım. Demək olar ki, ilk dəfələrdə şansım gətirdi. Bir bilet almışdım, sadəcə bir biletdə qalib oldum.
Uduşu necə xərclədiniz?
Sərf etmək üçün çox yer var və bunu ən yaxşı halda düşündüm və sərf etdim pulu. Evimizin təmiri üçün istifadə etdik.
Bir daha qalib olsanız, hansı arzunuzu reallaşdırarsınız?
Özüm və ətrafımdakılar üçün daha yaxşı imkanlar yaratmağı düşünürəm.
Lotereya həvəskarlarına nə məsləhət görərdiniz?
Hər bir insan şansına inanmalıdır. Bir gün onların da üzünə şans güləcək. Mən inanıram buna. İlk olaraq inam mütləq vacibdir. İnam varsa, qalibiyyət də olacaq. Mən lotereya biletini inanaraq aldım və qalib də oldum.
Məsuliyyətli oyun
Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik.