Taleh Ağaverdiyev

Qazanma tarixi:4/16/2025
UserName
Taleh Ağaverdiyev

10.000

Oyunun Adı
Azerloterya Logo

“Ekspres Keno”da 10.000 manat qazanan Taleh Ağaverdiyev yaşadığı sevinc hisslərini #BəxtəvərQaliblər rubrikasında bölüşdü:

Qazanacağınıza inanırdınızmı?Ayda bir neçə dəfə oynayıram. Həmin gün də işdən çıxanda dedim bir dəfə oynayım, amma sonra heç baxmadım. Səhər də gəldim. Başım işə qarışdı. Yoxlamadım, udmuşam, ya udmamışam. Daha sonra öyrəndim ki, qalib olmuşam.

Sevdiyiniz rəqəmlər hansılardır?Açığı, adətən, hər dəfə xoşladığım rəqəmləri seçirdim. Hər dəfə yeni-yeni rəqəmlər seçirdim. Amma bu dəfə seçəndə çox nadir hallarda seçdiyim rəqəmləri seçdim və elə oldu ki, məhz onlar mənə qalibiyyət gətirdi.

Rəqəmləri yazarkən necə seçim etdiniz?Məsələn, vaxta baxdım neçə idisə, o cür yazdım.

Lotereya həvəskarlarına nə tövsiyə edərdiniz?Lotereya həvəskarları ilk növbədə başa düşməlidirlər ki, bu bir şans oyunudur. Milyonlarla insan oynayır. Mən 4 ildir ki, oynayıram, indi böyük uduş qazanmışam. Ondan qabaq ən böyük uduşum iki dəfə 50 manat olub. Arada bəxtini sınamaq lazımdır. 

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.