Zöhrab Səfərov

Qazanma tarixi:10/31/2022
UserName
Zöhrab Səfərov

100.000

Oyunun Adı
Azerloterya Logo

Bileti haradan almışdınız?

Mən bileti poçtdan aldım. Həmişə gedib həftədə bir dəfə bir bilet alırdım. Bu səfər də getdim iki bilet aldım. Birini aldım, 10 manat uddum. İkincisini aldım, bəxt üzümə güldü. 100 000 qazandım.

Sevincinizi ilk kiminlə paylaşdınız?

Siftə xəbər verdim bacıma. Sevindilər. Sonra qızıma dedim. Qızım sevindiyindən elə qışqırdı ki, elə bil dünyanı ona verdilər. Sonra da oğluma zəng elədim ki, bəs belə bir iş var. Dedi ata, fikrin nədir? Dedim fikrim ancaq sənsən.

Uduşu necə xərclədiniz?

100 minlə bacılarıma hədiyyə aldım. Hamısına verdim, qızıma hədiyyə verdim. O qədərini də saxladım ev puluna. Özümə heç nə etmədim. Oğlum Bakıda yaşayırdı, kirayədə olurdu. Dedim Allah mənə yetirsin, oğlum üçün bir şey edim. Elə oldu ki, oğluma hədiyyə ev aldım.

Bir daha qalib olsanız, hansı arzunuzu reallaşdırarsınız?

Arzum olub, lotereyada pul udsam, özüm geyinmərəm, keçinmərəm övladlarım üçün nəsə edərəm. Bir nəvəm var. Nəvəm üçün nəsə edim. Arzum odur.

Lotereya həvəskarlarına nə məsləhət görərdiniz?

Şans var. Mən özüm şəxsən, bəlkə, inanmırdım. Amma şans var.

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər