“Əmanətə Sədaqət” layihəsi çərçivəsində növbəti yay düşərgəsi Almaniyada keçirildi
- Xeyirli İşlər

Şəhid övladlarının təhsilinə və inkişafına dəstək məqsədilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və "Azərlotereya" ASC-nin sponsorluğu ilə növbəti "Əmanətə Sədaqət" yay düşərgəsi Almaniyada təşkil olunub.
2-9 iyul tarixlərini əhatə edən düşərgədə yüksək akademik göstəricilərə malik 23 şəhid övladı iştirak edib. Proqram çərçivəsində iştirakçılar Almaniyanın tarixi, mədəniyyəti və elmi həyatı ilə yaxından tanış olub, Berlin və Drezden şəhərlərində muzeyləri, tarixi abidələri və digər görməli məkanları ziyarət ediblər.
İştirakçılar Almaniyanın nüfuzlu ali təhsil müəssisələri olan Humboldt Universiteti və SRH Hochschule Berlin universitetlərini ziyarət edərək bu ali təhsil ocaqlarının zəngin akademik ənənələri, müasir təhsil infrastrukturu və elmi-tədqiqat mühiti ilə yaxından tanış olublar.
Düşərgə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan intellektual yarışla yekunlaşıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.




Ən son yeniliklərə abunə ol
Oxşar mövzular
Məsuliyyətli oyun
Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik.