“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib

16/09/2025
  1. Xeyirli İşlər
  2. Azərlotereya
Image

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladları ilə “Dreamland Baku’’da görüş keçirilib.

Görüş zamanı öncə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya"nın nümayəndələri 30-dan çox şəhid övladı ilə səhər yeməyi süfrəsi ətrafında bir araya gəliblər.

Birliyin sədri Sevinc Alızadə və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş yeni tələbə adını qazanan şəhid övladlarını təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.

Günün davamında iştirakçılar “Dreamland Baku’’da qolf oyunu oynayaraq əyləncəli vaxt keçiriblər.

Görüşün sonunda tələbə şəhid övladlarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya"nın birgə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları təqaüdlə təmin olunur. İndiyədək 148 şəhid əmanətini əhatə edən bu sosial layihəyə bu il 35 yeni iştirakçı qoşulub. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.

 

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər