"Azərlotereya"nın dəstəyi ilə gənclər arasında intellektual oyun keçirilib

03/02/2025
Image

Fevralın 1-də Heydər Əliyev Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı, "Azərlotereya" ASC-nin dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə gənclər arasında "Gənc Vətənpərvərlər: Konstitusiya və Suverenlik - Nə? Harada? Nə zaman? İntellektual oyunu" keçirilib.

Tədbirdə çıxış edənlər, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi İlkin Muradov və "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə departament rəhbəri Seymur Teymurov cəmiyyətin aparıcı qüvvəsi, bu günün və sabahın qurucuları olan gənclərin hərtərəfli inkişafı, biliklərinin artırılması, milli-mənəvi dəyərlərə bağlı vətənpərvər gənc kimi formalaşdırılmasının dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalı olduğunu, "Konstitusiya və Suverenlik" ili ilə əlaqədar gənclər arasında keçirilən intellektual oyunun onların ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, tarixi hadisələri, dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yolu barədə biliklərinin artmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.

Rəsmi hissədən sonra "Xəzər" İntellektual Gənclər Klubunun peşəkar komandasının təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" oyununa start verilib. Üç turdan ibarət yarışda hər birində 6 nəfər olmaqla ümumilikdə 25 komanda iştirak edib. Yarışda iştirak edən 8 komandanın üzvləri gənc şəhid övladlarından ibarət olub. Oyununun sonunda münsiflər heyəti tərəfindən komandaların cavabları sayılıb və nəticələrə əsasən "Zəngəzur" komandası I, "Parabrain" komandası II, "Torpaq" komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalar müxtəlif mükafatlar və sertifikatlarla təltif olunub.

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər