“Basketbol Hər Yerdə!”: İlk meydança istifadəyə verildi
- Xeyirli İşlər

“Azərlotereya”, “Sabah” BK və Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Basketbol Hər Yerdə!” layihəsi çərçivəsində ilk basketbol meydançası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 50B ünvanında yerləşən və uzun müddət istifadəyə yararsız vəziyyətdə olan həyətdaxili basketbol meydançası müasir standartlara uyğun şəkildə bərpa olunub.
Bundan əlavə, yenilənmiş basketbol meydançasında “Sabah” BK-nun idmançılarının iştirakı ilə sakinlər üçün maraqlı basketbol tədbiri keçirilib. Burada gənclər peşəkar basketbolçularla oynamaq şansı qazanıblar.
“Basketbol Hər Yerdə” layihəsinin əsas məqsədi bu idman növünü hər kəs üçün daha əlçatan etmək, gənclərin asudə vaxtını səmərəli qurmaq, aktiv həyat tərzinə töhfə verən basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirməkdir.
Layihə çərçivəsində növbəti mərhələlərdə də müxtəlif ərazilərdə basketbol meydançalarının yenilənməsi və ictimai idman tədbirlərinin keçirilməsi planlaşdırılır.
Siz də basketbol meydançasının yaradılması və ya yenilənməsi üçün uyğun hesab etdiyiniz ərazilər barədə məlumat vermək istəyirsinizsə, Basketbolheryerde.az saytı vasitəsilə qeydiyyatdan keçərək ərazi ilə bağlı ətraflı məlumatları təqdim edə bilərsiniz:Basketbolheryerde.az
Ən son yeniliklərə abunə ol
Oxşar mövzular
Məsuliyyətli oyun
Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik.