“Ekspres Keno”da uduş cədvəli yeniləndi
- Lotereya
- Ekspres Keno
![Image Default Alt](https://st.azerlotereya.com/public/Data/Files/News/Images/uq/lF/EB/or/Original/2_685b1603-fecf-4406-8252-ee22d9683be9.jpg)
Yenilənmiş “Ekspres Keno” oyununu təqdim edirik.
Çoxlarının sevimli və əyləncəli oyunu “Ekspres Keno”da indi daha çox qazanmaq imkanı var. Uduş cədvəlinə edilən dəyişikliyə əsasən oyun növü 5-də uduş 300 manatdan 500-ə, oyun növü 3-də isə 15 manatdan 25-ə yüksəldilib. “Misli” məntəqələri və Misli.az saytında, eləcə də “Keno Shop”larda oynanılan “Ekspres Keno”da hər 5 dəqiqədən bir 1 000 000 manat qazanmaq şansı var. Oyun qaydalarına əsasən iştirakçılar mümkün 80 nömrədən maksimum 10-nu seçməli və nə qədər ödəniş edəcəklərinə qərar verməlidirlər.
“Ekspres Keno” oyununda iştirak etmək üçün minimum ödəniş 1 manat və biletin maksimum qiyməti 1 000 manat olaraq müəyyənləşdirilib. Çarpan xanasını seçdikdə isə böyük uduş nə az, nə çox düz 1 000 000 manatdır.
Yalnız 18 yaşına çatmış şəxslər oyunda iştirak edə bilərlər.
![Subscribe Card Image](/assets/subscribe.png)
Ən son yeniliklərə abunə ol
Oxşar mövzular
Məsuliyyətli oyun
Azərbaycanın şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edir və sosial məsuliyyətlərimizin fərqindəyik.