Lotereya oyunlarında qazanılan böyük uduşlar

20/02/2025
Image

Azərlotereya ASC uğurlu fəaliyyəti nəticəsində ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına, məşğulluğun artırılmasına, sosial layihələr və idmanın inkişafına töhfə verməyə davam edir. Şirkətimizin təşkil etdiyi oyunlar arasında tirajlı, ani, elektron, virtual idman və virtual lotereyalar,  eləcə də idman mərc oyunları üzrə təxminən 100-ə yaxın şans oyunu var. Oyunlarımız arasında mümkün olan ən böyük uduş 1 milyon manatdır və bu uduş “Super Keno”da udula bilər. Son 3 ildə çox sayda lotereya oyunlarında böyük uduşlar qazanılıb. “Azərlotereya” tarixində ən böyük uduş 2023-cü ildə 913.072 manat - “4+4” tirajlı lotereyasında udulub. Uduşu qazanan Xaçmaz sakini Kamran Məmmədsəidov olub. Daha sonra eyni lotereya oyununda 530.359 manatlıq cekpotu Saatlıda Sakin Hüseynov qazanıb. Ani lotereyalarımızda ən böyük uduşu – 500.000 manatı “Prestij” lotereyasından qazananlardan biri də Hüseyn Bünyatov olub.Xüsusi vurğulamaq istərdik ki, 3.000 manatdan yuxarı uduşlar ancaq nağdsız qaydada bank köçürməsi yolu ilə ödənilir və həm şirkətimizdə, həm də müvafiq banklarda uduşları əldə edən şəxslər haqqında bütün məlumatlar saxlanılır. Habelə, şirkətimizin daxili etik davranış və intizam qaydalarına, üzvü olduğumuz və hər il auditindən keçdiyimiz Dünya Lotereyalar Assosiasiyası (WLA) standartlarına görə şirkət əməkdaşlarının şans oyunlarında iştirakı qadağandır. Şirkətdə buna nəzarət etmək üçün müvafiq mexanizmlər yaradılmışdırBelə ki, Azərlotereya” öz fəaliyyətini şəffaflıq prinsipi əsasında təşkil edərək hər il maliyyə hesabatlarını “Böyük 4-lük” şirkətlərindən biri ilə audit edir, maliyyə hesabatlarını öz rəsmi veb səhifəsində yerləşdirir. Qanunverciliyin tələblərinə əsasən şirkətin fəaliyyəti tənzimləyici orqan tərəfindən nəzarət edilir.Şirkətin prosesləri beynəlxalq standartlara görə qurulub və hər il WLA standartlarına uyğunluyu səlahiyyətləndirilmiş qurumlar tərəfindən audit edilirsertifikatlandırılır. 

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər