"Super Keno" lotereyasında 100 000 manat uduldu

21/04/2026
  1. Super Keno
Image

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın təşkil etdiyi “Super Keno” tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.  

Qalibə 2, 12, 23, 32, 34, 43, 50, 54, 63, 69 rəqəmləri uğur gətirib. Uduş xəbərini aldıqdan sonra böyük sevinc yaşadığını bildirən İzzət Ağa bu anın onun üçün unudulmaz olduğunu qeyd edib. O, sevincini ilk olaraq ailəsi ilə bölüşüb. Şanslı qalib qazandığı məbləğlə evinin tikintisini tamamlamağı və həyat yoldaşının avtomobil arzusunu yerinə yetirəcəyini bildirib.  

Qeyd edək ki, “Super Keno” lotereyasında ən böyük uduş 1 000 000 manatdır.  Belə ki, 70 rəqəm arasından sevdiyiniz 10 rəqəmi seçərək həyatınızı dəyişəcək böyük uduşu qazanmaq şansına nail ola bilərsiniz.  

Həftənin hər günü saat 19:45-də keçirilən “Super Keno” lotereyası “Xəzər” TV, eləcə də “Azərlotereya”nın “Youtube” və “Telegram” kanallarında canlı yayımlanır. Biletləri “Azərlotereya” satış nöqtələri, “Azərpoçt” şöbələri, “Misli” məntəqələri, OBA marketlərindən, eləcə də Azerlotereya.com və Misli.az saytlarından əldə edə bilərlər. 

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.