Yeni Poz-Qazan oyunu "4 Fəsil" satışdadır

Ölkənin lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” yeni “Poz-Qazan” oyunu “4 Fəsil”i təqdim edir.
"4 Fəsil" oyununda ən böyük uduş məbləği 5 000 manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı 10 ədəddir.
Qiyməti 1 manat olan lotereya biletlərinin ümumi sayı 20 000 000 ədəddir. Onlardan 4 824 210 ədədi uduşludur. Cəmi uduş məbləği isə 12 600 000 manatdır.
Qaydalara gəlincə, müvafiq xanalar pozulduqdan sonra UDUŞLU DƏRƏCƏ ilə hər hansı OYUN xanasındakı dərəcə eyni olduqda, qarşısındakı uduş qazanılır. 2X simvolu tapıldıqda, uduşun 2 qatı qazanılır.
Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. Bir-birindən əyləncəli “Poz-Qazan” oyunlarında 500 000 manatadək böyük uduşlar qazana bilərsiniz.
Biletləri “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də mağaza və köşklərdən əldə etmək mümkündür.
Ən son yeniliklərə abunə ol
Oxşar mövzular
Məsuliyyətli oyun
Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik.