Təbiəti qorumaq təbiətimizdə var

Təbiətin mühafizəsinə və sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək, eləcə də gələcək nəsillərə yaşıl miras qoymaqla ətraf mühitin mühafizəsinə dəstək olmaq təbiətimizdə var.

Ümumi məlumat

Azərbaycanda ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən biridir. Bütün dünyada ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların, verilən ziyanın minimuma endirilməsi, geniş yaşıllıq zolaqlarının salınması vacib məqsəd olaraq qalır. Ekoloji böhran artıqca qlobal ekoloji problemlərin həlli üçün bütün səylərin birləşdirilməsi öz aktuallığını saxlayır.

Ətraf mühitin və təbii ehtiyatların qorunması, ekoloji təhlükəsizliyin təmin olunması ölkəmiz və planetimiz gələcəyi üçün çox əhəmiyyətlidir. Elə bu səbəbdən 2022-ci ildə “Gələcəyə yaşıl miras” devizi ilə start verdiyimiz ətraf mühit üçün xeyirli işlərimizi davam etdirir və etdirəcəyik.

Əsas məqsədimiz

Əsas məqsədimiz ekoloji problemlərin aradan qaldırımasına yönəlmiş fəaliyyətləri dəstəkləmək, ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək, gələcək nəsilə yaşıl miras qoymaqla ətraf mühitin mühafizəsini xüsusilə gənc nəslin diqqətinə çatdırmaqdır.

Image

Yaşılı qoruyaq, gələcəyə nəfəs verək!

Xeyirli işlərimizin əsas istiqamətlərindən olan ekologiya və ətraf mühitin mühafizəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 2022-ci ildə həyata keçirilmiş ağacəkmə aksiyasına “Gələcəyə yaşıl miras” devizi ilə qoşulduq. 
Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” adlı ağacəkmə layihəsinə də qoşulduq. Layihə çərçivəsində ağac əkilməsi üçün ianə etdik. Bundan sonra da bu cür layihəyə dəstək göstərməyə davam edəcəyik.
“Azərlotereya” olaraq gələcəyə yaşıl miras qoymaqda əsas məqsədimiz ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə dəstək olmaq, sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək və gələcək nəsillərə yaşıl miras qoymaqla ətraf mühitin mühafizəsini xüsusilə gənc nəslin diqqətinə çatdırmaqdır.

Image

Bu məqsədlə dəstəkləyirik:

  • Ekologiya və ətraf mühitlə bağlı layihələrin təşkili
  • Təmizlik aksiyalarının təşkili
  • Təkrar emal prosesinin təbliği
  • Ağacəkmə aksiyalarının təşkili

Yaddaqalan xeyirli işlərimiz

Image

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər