“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib

03/06/2025
Image

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib.

2024-cü ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri 327,58 milyon manat təşkil edib.

Bununla yanaşı, şirkətin xalis mənfəəti 61,8 milyon manat təşkil edib.

2024-cü il ərzində şirkət 14,3 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 30,3 milyon manatdan 44,6 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2024-cü ilin sonu cəmi aktivləri 115 milyon manat təşkil edib. Şirkətin 2023-cü ilin sonunda cəmi aktivləri 96,7 milyon manat olub.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 32 faiz artaraq, 38,8 milyon manata çatıb.

“Azərlotereya” ASC 2024-cü il hesabat dövrünə aid 92.4 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 70.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2023-ci ildə bu göstərici 63.2 milyon manat olub. Hesabatla daha ətraflı “Azərlotereya” ASC-nin saytından tanış ola bilərsiniz.

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər