“Azərlotereya” ən çox vergi ödəyən şirkətlər arasında

17/01/2025
  1. Azərlotereya
Image

Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.  

“Azərlotereya” ASC ötən il 92.4 milyon manat vergi ödəməklə bu siyahıda 14-cü yerdə qərarlaşıb. Şirkət qeyri-neft sektoru sahəsi üzrə ən çox vergi verənlər arasında isə 6-cı yerdədir.  

2021-ci ilin əvvəlində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilmiş “Azərlotereya” qanuni lotereya təşkilatçısı və idman mərc operatoru kimi uğurlu fəaliyyəti nəticəsində parlaq gələcək üçün xeyirli işlər və faydalı layihələrə imza ataraq yeni iş imkanlarının yaradılmasında pay sahibi olaraq ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına böyük töhfə verməyə davam edir. 

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc operatoru “Azərlotereya”nın hər il ödənilən vergi həcmində xeyli artım müşahidə olunur. Şirkət son 3 ildə təxminən 230 milyon manat vergi ödəyib.  

“Azərlotereya” vergilər və dövlət büdcəsinə edilən digər ödəmələrdən əlavə, öz gəlirindən Korporativ Sosial Məsuliyyət çərçivəsində idman, təhsil, təbiət və innovasiyalar istiqamətlərində mühüm layihələrə resurs ayıraraq dəstək göstərir. Şirkətin missiyası, baxışları, dəyərləri ilə sıx bağlı olan KSM siyasətində başlıca hədəf layihələrin bu istiqamətlərdə genişləndirilməsidir. Cəmiyyətin maraqları naminə müxtəlif layihələrin təşkilini həyata keçirən şirkətin fəaliyyətində əsas məqsəd idmanda kütləviliyin təşviqi, elm və təhsil, o cümlədən innovasiya sahəsinin inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, ətraf mühitin qorunması və ekologiya ilə bağlı təşəbbüslərin reallaşmasına töhfə verməkdir. 

Şirkətin xüsusi önəm verdiyi, şəhid ailə üzvlərinin təhsilinə dəstək məqsədilə həyata keçirdiyi “Əmanətə Sədaqət” layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid ailə üzvlərinin təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid ailə üzvlərinin yaşayış xərcləri qarşılanır. Hazırda layihə 150 şəhid əmanətini əhatə edir. 

“Azərlotereya”nın Qarabağ Dirçəliş Fondu ilə birgə həyata keçirdiyi "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində Qarabağın yenidən bərpası naminə tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilib. Həmçinin işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək göstərərək ANAMA-ya təqdim edilib. 

İdmanın inkişafına diqqət və qayğı göstərərək sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, dövlətin prioritet siyasətinə dəstək olan “Azərlotereya”nın “Misli” brendi 3-cü mövsümdür ki, Azərbaycan Premyer Liqasına sponsordur. İdmanın inkişafı istiqamətində futbol üzrə kişilərdən ibarət A milli komanda, eləcə də “Sabah” futbol və basketbol komandalarına sponsor olan “Misli” həm də ölkə voleyboluna böyük töhfə verir.  

Bundan başqa, gənclərin təhsil, elm və yaradıcı fəaliyyətə cəlb edilməsi, texnologiyalara marağın artırılması istiqamətində görülən işlərlə onların potensiallarının üzə çıxmasına böyük dəstək olan “Azərlotereya” artıq 3 ildir ki, ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının əsas tərəfdaşıdır, həmçinin populyar intellektual əyləncə platformalarından biri olan "Everest" layihəsinə dəstəkdir.  

Müxtəlif sahələrdə innovativ layihələrin tətbiqi və inkişafı, innovativ, yenilikçi, yaradıcı startapların uğurla həyata keçirilməsi, gənclərin innovasiya sahəsinə yönəlməsi, bu qəbildən olan layihələrin uzunmüddətliliyini təmin etmək məqsədilə “Azərlotereya” ASAN “İnnovasiyalar Mərkəzi”  ilə birgə “Brain Game” intellektual oyun hakatonu keçirdib maraqlı ideyaların üzə çıxmasına şərait yaradılıb.  

“Azərlotereya” bundan sonra da beynəlxalq standartlara uyğun, qanun çərçivəsində şəffaf fəaliyyəti ilə dövlətə faydalı olmağa davam edəcək. 

“Azərlotereya”nın illik maliyyə hesabatları şirkətin azerlotereya.com rəsmi vebsaytında açıqlanır. İllik maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun “böyük dördlüyə” daxil olan audit şirkəti tərəfindən audit edilir.  

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər