"Azərlotereya"nın dəstəyi ilə "Everest" intellektual oyunları davam edir

05/02/2025
Image

"Azərlotereya" ASC-nin dəstəyi ilə ölkənin ən populyar intellektual əyləncə platformalarından biri olan "Everest" fəaliyyətini daha da genişləndirir.

Məqsəd ölkədə intellektual əyləncə mədəniyyətinin inkişafına bilik yarışlarının populyarlaşmasına töhfə verməkdir. Belə təşəbbüslərə dəstək göstərmək cəmiyyətin maariflənməsi yaradıcı düşüncənin təşviq olunması baxımından böyük əhəmiyyətə malikdir.

2017-ci ildən fəaliyyət göstərən "Everest"də hər həftənin ikinci günü intellektual oyunlar təşkil olunur. Yarışlar istənilən yaş kateqoriyasından olan iştirakçılar üçün açıqdır. Oyunlara həm fərdi şəkildə, həm şirkətlərin korporativ komandaları olaraq qatılmaq olar. Yarışlarda iştirak komanda ruhunu gücləndirməyə əməkdaşlar arasında intellektual rəqabətə imkan yaradır.

"Everest"də hər həftə 40-dan çox komanda iştirak edir. İlk 3 yeri tutan komanda müxtəlif hədiyyələrlə mükafatlandırılır.

Qeyd edək ki, "Azərlotereya" ASC artıq 3 mövsümdür ki, Peşəkar İntellekt Liqasının da sponsorudur. Şirkət gələcəkdə intellektual oyunların inkişafına yönəldilmiş fəaliyyətini davam etdirəcək. 

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər