Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də!

12/03/2025
Image

Azərbaycanın qədim və sevilən idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək. 11 martdan start götürmüş Azərbaycan Peşəkar Çövkən Liqası oyun həvəskarlarına unudulmaz anlar yaşadacaq. Misli.az bu idman növünün daha geniş kütlələrə tanıdılması və populyarlaşmasına dəstək məqsədilə ilk dəfə olaraq Peşəkar Çövkən Liqasına mərc seçimləri təqdim edəcək.

Bununla bağlı Azərbaycan Atçılıq Federasiyası ilə “Azərlotereya”nın “Misli” brendi arasında əməkdaşlıq memorandumu imzalanıb. Ölkədə idmanın inkişafını hər zaman dəstəkləyən “Misli” ənənəvi çövkən oyunlarının yeni nəsillərə tanıdılması və müasir idman dünyasında layiqli yerini tutması işinə də töhfə verəcək.

Qədim köklərə malik bu atüstü idman növü taktiki düşüncə və fiziki bacarıq tələb edən dinamik oyundur. Peşəkar Çövkən Liqasına mərc seçimlərinin əlavə edilməsi, oyunlara marağı artıracaq, həmçinin azarkeşlərin bu qədim idman növü ilə daha yaxından tanış olmasına imkan yaradacaq. 

Bu il 26 noyabradək davam edəcək Azərbaycan Peşəkar Çövkən Liqası CBC Sport kanalında canlı yayımlanacaq. Daha ətraflı məlumat və mərc imkanları üçün www.misli.az rəsmi saytına daxil ola bilərsiniz. 

Ölkədə idmanın tərəqqisi üçün önəmli layihələrə imza atan “Misli” Azərbaycan Premyer Liqası və kişilərdən ibarət A milli komandaya dəstək olur,  eləcə də ölkə voleybolunun inkişafına böyük töhfə verir. Bundan sonra da “Misli” belə təşəbbüslərə dəstək olmağa davam edəcək. 

Paylaş:
Subscribe Card Image
Ən son yeniliklərə abunə ol

Oxşar mövzular

Məsuliyyətli oyun

Azərbaycanda şans oyunlarının rəsmi təşkilatçısı olaraq əyləncəli xidmətlər təqdim edirik. Bununla bərabər bütün sosial məsuliyyətlərimizin fərqindəyik. 
 

Image Default Alt

Ürəyincə əylən

Bu bir şans və əyləncə oyunudur. Qazanc və gəlir yeri kimi baxmadan oynasan, həyəcan və əyləncədən hər zaman həzz alarsan.

Əsas səhifə
Nəticələr
Oyunlar
Məntəqələr
Digər